Azərbaycan xalqının bəxti gətirib ki… – Ukraynanın keçmiş lideri

“Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin – millətin formalaşmasının öhdəsindən gəldi”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub.

O qeyd edib ki, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən Heydər Əliyevi Ukraynada qəbul etmək şərəfinə nail olub və Azərbaycanın ilk milli valyutasının çapına dair əmr alıb.