Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olundu – FOTO

Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub. Onlar Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İdarə Heyətinin üzvləri ilə görüşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı ilə bağlı məsləhətləşmələr aparılıb.