“Səbail” komandasının Türkiyədə “Sakaryaspor”la keçirdiyi yoxlama matçında dava düşüb.
Globalinfo.az xəbər verir ki, top uğrunda mübarizədən sonra “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Daha sonra gərginlik kütləvi davaya çevrilib.
Hadisəyə polisin müdaxilə etdiyi bildirilib.
Matç 1:1 hesabı ilə başa çatıb.
