Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial media hesabında paylaşım edib.
O, rumıniyalı həmkarı Marius Lazurka ilə məhsuldar görüş keçirdiyini bildirib:
“Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiq edərək ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün imkanları müzakirə etdik. Cənubi Qafqaza coğrafi cəhətdən ən yaxın olan Avropa İttifaqı üzvü dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik”.
I had a productive meeting with my Romanian counterpart, Marius Lazurca, @MariusLazurca who is visiting Azerbaijan. Reaffirming the strategic partnership and traditional friendship between Azerbaijan and Romania, we discussed the broad opportunities for further deepening our… pic.twitter.com/SFzRTXBuvj
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 18, 2026