Azərbaycan – İordaniya matçında millimiz qalib gəldi

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəliblər.

Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər.

Qarşılaşmanın 79-cu dəqiqəsində Renat Dadaşov millimizi yenidən hesabda önə çıxarıb 2:1.

***

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər.

Qarşılaşmanın 57-ci dəqiqəsində hesab bərabərləşib. Qonaqların heyətində Nizar Əl Rəşdan fərqlənib 1:1.

***

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər.

Qarşılaşmanın ilk hissəsi başa çatıb. İlk hissədən sonra millimiz 1:0 hesabı ilə öndədir.

***

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər.

Qarşılaşmada Azərbaycan millisi 45+1-ci dəqiqədə hesabda önə keçib. E.Mahmudov penalti zərbəsindən fərqlənib.

***

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər.

Hakimin start fiti ilə qarşılaşma başlayıb.

***19:35

Beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və İordaniya millilərinin start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.

İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, İhsan Haddad, Nizar Əl Raşdan, Raqayi Ayed, Musa Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.