790d99f5 a4c6 3ec7 9977 57b4c61246f5 850

Baş nazir Əli Əsədov noyabrın 12-də COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez və FIFA-nın prezidenti Canni İnfantino ilə görüşlər keçirib.
e3b741f6 fa67 3641 94ea 0d6ae48e73dc

346c8b80 6544 3e21 bce9 c3d77190915c 64283de4 f180 3724 ae32 207532abcfef

***

67330fd81a67067330fd81a671173139964067330fd81a66e67330fd81a66f

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüşdə COP29-un yaşıl gündəliyin təşviqinə yönəlmiş beynəlxalq səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın aparıldığı bildirilib.

Ölkəmizdə səhiyyə sistemində aparılan ardıcıl islahatlar barədə söhbət açılıb, iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.

***12:14

image 6

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Konqo arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

ueFTQ1MhqFaBqOGPVhBvoXwycO1eiSoikSq0FVte:640

Həmçinin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli ilə də görüşüb.

Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan-Misir əlaqələrinin cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

***11:45
image 14

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulandı, bunun əlaqələrin inkişafına xidmət etdiyi bildirildi.

Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

***11:41
image 12

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məlumatda bildirilib ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulanıb. Eləcə də, Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

***11:22

image 11

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla söhbət edib.

Nazirlər Kabinetindən Globalinfo.az-a  bildiriblər ki, söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

***11:12
3eb5771e c5d0 300e a137 7b4fd7817b6c 850

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Esvatini Krallığının Baş naziri Rassel Dlamini ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Paylaş: