Azərbaycan və Ermənistan arasında… – Qaribaşvili

“Gürcüstan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanla işləməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tiblisidə keçirilən İpək Yolu konfransının açılışında deyib.

“Hökumətimin sülhsevər qonşuluq təşəbbüsünün köməyi ilə biz qonşularımız və dostlarımız Ermənistan və Azərbaycanla nəhayət Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırıq.  Forumda iştirak etmək üçün gələn Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycanın Baş naziri Əli Əsədovu salamlamaqdan məmnunam”, – Qaribaşvili bildirib.

Əliyar Xəlil
Globalinfo.az