Azərbaycan – Bolqarıstan matçı başa çatdı

Azərbaycan – Bolqarıstan matçı 1-1 hesabı ilə başa çatdı.

***

Musa Qurbanlı 87-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

Krastev 59-cu dəqiqədə Bolqarıstanı hesabda irəli çıxardı: 0-1.

***

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, hələlik matçda hesab açılmayıb.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

***

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

***

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

***

“FIFA series–Edition 2024” layihəsində üz-üzə gələcək Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.