Millimiz Avstriyaya uduzdu

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edin.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib – 1:0.

Rəqibin heyətində 48-ci dəqiqədə Marsel Sabitzer penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.

***

Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ilk qol vurulub.

Globalinfo.az xəbər verir ki, 48-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Rəqibin heyətində Marsel Sabitzer fərqlənib – 1:0.

***

Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

***

Azərbaycan və Avstriya milliləri arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında oyun başlayıb.

Globalinfo.az bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı yunanıstanlı FIFA referisi Aristotelis Diamantopulos idarə edir.


***

Bakıda AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Avstriya millilərinin heyətləri müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalayciç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.