Azərbaycan və Almaniya siyasi və diplomatik əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.
Bəyanatda qeyd edilib ki, tərəflər nazirliklər və dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılmasını, yüksək səviyyəli səfərlərin və dialoqların davam etdirilməsini, eləcə də qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturlar.
Sənəddə vurğulanub ki, Azərbaycan və Almaniya uzunmüddətli və dostluq münasibətlərinə əsaslanaraq qarşılıqlı etimad çərçivəsində tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər.