Azərbaycan valyuta ehtiyatlarını nə qədər artırıb? – Məbləğ

Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 027,2 milyon ABŞ dolları təşkil edib.

Globalinfo.az xəbər verir ki, bunun 83,1 %-i və yaxud 57 milyard 372,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,9 %-i və yaxud 11 milyard 654,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 344,5 milyon ABŞ dolları və yaxud 2 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 303,1 milyon ABŞ dolları və yaxud 2,3 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,4 milyon ABŞ dolları və yaxud 0,4 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 6 milyard 456,6 milyon ABŞ dolları və yaxud 10,3 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 935,2 milyon ABŞ dolları və yaxud 7,4 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 521,4 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın strateji

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.04.2024 57 372,8 11 654,4 69 027,2
01.01.2024 56 069,7 11 613.0 67 682,7
01.10.2023 55 524,0 9 775,3 65 299,3
01.07.2023 54 915,1 9 195,9 64 111,0
01.04.2023 53 437,6 9 133,0 62 570,6