Deputatdan Xəzərin suyu ilə bağlı TƏKLİF

“Ölkəmizdə su təchizatı və suya tələbatla bağlı proqnozlar müsbət deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, Azərbaycan qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilər:

“Bu, bütün dünyada olan tendensiyadır. İnkişafda olan ölkə kimi suya tələbatımız getdikcə çoxalır. Əhalinin sayı artır, yeni ifrastruktur yaradılır, beləliklə su ehtiyatlarına etiyac daha da artır. Təklif edirəm ki, bu problemin həlli üçün dəniz suyunun təmizlənməsi, çay sularının filterasiyası üzrə özəl sektorun inkişafına şərait yaradılsın. Nəticədə dəniz suyu, Xəzərə axan çay suları filterasiyadan keçirilərək texniki su kimi istifadə etmək olar. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində bu proses var”.

Ayşən Mustafa
Globalinfo.az