Cavanşir Feyziyevə yüksək vəzifə verildi

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi parlamentin bugünkü iclasında müzakirə edilib.

Qərar layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

İşçi qrupunun rəhbərinin isə deputat Cavanşir Feyziyev olacağı açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az