0FgTZUYeQaehRPOSRYcm8ENURA4JSWnKUMx7FnoS 1200 9

Azərbaycanın “Uşaq Avroviziyası 2025″ mahnı müsabiqəsində səs verdiyi ölkələrin siyahısı bəlli oldu. Siyahıda Ermənistan da var. 

Globalinfo.az xəbər verir ki, ən yüksək xal (12 bal) Azərbaycandan İtaliyaya verilib.

Bal siyahısı ardıcıllıqla bu cür davam edib: Albaniya (10), Gürcüstan (8), San Marino (7), Polşa (6), Fransa (5), İspaniya (4), Ermənistan (3), Kipr (2) və Malta (1). Səsləri “Avroviziya-2009” təmsilçimiz Aysel Teymurzadə və Xalq artisti Murad Adıgözəlzadənin qızı Leyla Adıgözəlzadə təqdim edib. 

Qeyd edək ki, Ermənistandan ölkəmizə səs verilməyib.

Xatırladaq ki, bu il “Uşaq Avroviziyası” Gürcüstanın paytaxtı Tbilisidə keçirilir. Azərbaycanı müsabiqədə Yağmur Nəsrullayeva təmsil edir.

prosport a7070b0df42840536d409c87c o 21

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: