rd bil akkumulyator zavodunun i il ri x r ng x st liyin tutulub 0 1677327033

Güney Azərbaycanın Ərdəbil şəhərinin 2 saylı Sənaye Şəhərciyindəki Əşcə Akkumulyator Zavodunun 700-dən çox işçisi qeyri-standart iş şəraiti və normadan artıq qurğuşun olması səbəbilə xərçəng xəstəliyinə tutulublar.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli mənbələr bildiriblər.

Zavod işçilərinin verdiyi məlumat və səhiyyə işçilərinin statistikaları çox sayda işçinin müxtəlif xəstəliklərə, o cümlədən xərçəng xəstəliyinə tutulduğunu göstərir.

İşçi hərəkatı fəallarının bildirdiyinə görə, zavodda təhlükəsiz iş şəraitinin yaradılması və xəstələnən işçilərin müalicəsi üçün edilən müraciətlər cavabsız qalıb.

Paylaş: