“Belə mühüm zamanda bizi bir araya gətirdiyi və səmimi qonaqpərvərliyinə görə Azərbaycan rəhbərliyinə və Bakı şəhərinə təşəkkür edirəm”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Qambiyanın Banjul şəhərinin meri Rohey Malik Lov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimində deyib.
O bildirib ki, Bakıdan dünyaya aydın mesaj verilib:
“Mənzil insan hüququdur. Demokratik sistem çərçivəsində ləyaqətli mənzil, məcburi köçürülmə olmadan təhlükəsiz və əlçatan yaşayış hər kəs üçün təmin edilməlidir.
Yeni Şəhər Gündəliyi yalnız real təhlükələrə, parçalanmış icmalara, sosial təcridə və mənzil ilə torpağın kommersiyalaşdırılması problemlərinə qarşı mübarizə apardığımız halda irəliləyə bilər. İtirəcək vaxtımız yoxdur. Biz idarəetmə sahəsinin mütəxəssisləriyik və qlobal ictimaiyyətin hələ tam yerinə yetirmədiyi öhdəlikləri dəyişmək üçün addımlar atacağıq”.
Zaira Akifqızı
Globalinfo.az