6527c3a0bf8f76527c3a0bf8f816971048006527c3a0bf8f56527c3a0bf8f6 1

Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib: “Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVID-19 çərçivəsində iki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb”.

Paylaş: