AzC999rbaycan XIN 900x614 2

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, – paylaşımda qeyd olunub.

Paylaş: