Azərbaycan öz tarixinin çox şərəfli bir dövrünü yaşayır – Prezident

“Azərbaycan öz tarixinin taleyüklü hadisələrlə zəngin, çox şərəfli bir dövrünü yaşayır”.

Globalinfo.az bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.

“İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin fəal iştirakçılarıdır.

Əminəm ki, qurultayınız aktual mövzulardakı ətraflı müzakirələri və dəyərli tövsiyələri ilə faydalı platforma rolunu oynayaraq, ölkəmizdə qadın hərəkatını milli prioritetlərdən irəli gələn vəzifələrin layiqincə həllinə istiqamətləndirəcəkdir”, – dövlət başçısı qeyd edib.