349dae6a 8980 3c87 9689 3207836a556f 850

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, fevralın 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

d728dbb0 f8fa 3022 9c29 758aa4402eba 72afa957 4190 38fc 905a 73dfb67f613e a16c0de6 1fc1 3ff7 a9a9 c2ce8ec9065c 5a084c1a dea0 3217 b51c 0e2fbcb4396b 77c0268a fd6e 3a0e ab4f a1e0607afa3d

Paylaş: