Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilib.
***
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.
Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Belə əsassız iddiaları qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.
***00:14
Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingentinin (RSK) konvoyunu atəşə tutmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber”ə hərbi mənbələrdən deyilib.
“Azərbaycan Silahlı Qüvvələrinin erməni sakinləri kəndlərdən təxliyə edən Rusiya sülhməramlılarının konvoyunu guya atəşə tutması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan hər hansı faciənin qarşısını almaq üçün öz fəaliyyətini RSK ilə sıx əlaqələndirir”, – mənbə bildirib.