Azərbaycan Ordusu Göyçəni götürəcək – Sərkisyan

“Əgər biz Rusiyanı məsxərəyə qoymağa davam etsək, Göyçə gölünü də itirəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sərkisyan deyib.

O, Rusiyanın Ermənistanın yeganə qarantı olduğunu söyləyib:

“Ermənistanın yeganə məqsədi indiki dönəmdə xarici siyasət kursunu dəyişməkdirsə, bunun üçün vaxtından əvvəl alternativlər formalaşdırılmalı idi. Hazırda uğurlu alternativ yalnız Türkiyə olacaq”.

İlkin Həsənov
Globalinfo.az