“Azərbaycan nümayəndəsi Qarabağ erməniləri ilə görüşüb” – Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan rəsmiləri ilə Qarabağ erməniləri arasında görüş olduğu barədə məlumat verib.

Globalinfo.az Rusiya mətbuatına xəbər verir ki, nazir bu barədə 2022-ci ilin yekunlarına dair mətbuat konfransında danışıb.

Nazirin sözlərinə görə, görüşdə Rusiya sülhməramlıları da iştirak edib. Lavrov detallara toxunmayıb.

O, görüşün dəqiq vaxtını açıqlamasa da, tezliklə bir sıra məsələlərin yoluna qoyulacağını bildirib.

“Dünən və ya srağagün Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında Rusiya kontingentinin komandirinin iştirakı ilə görüş keçirilib. Düşünürəm ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq”, – Lavrov bildirib.