Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyası çərçivəsində görüşlər keçirdi – FOTO

Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin üzvləri NATO PA-nın 06-09 oktyabr 2023 tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 69-cu illik sessiyasında iştirak edib.

Globalinfo.az xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə, Norveç, Serbiya, Danimarka, Portuqaliya, İspaniya və digər ölkələrin NATO PA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirib.

Görüşlər zamanı parlamentlərarası əlaqələr, regionda son inkişaflar və Avropanın enerji təhlükəsizliyinə dair müzakirələr keçirilib, həmçinin digər maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.