Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən 92 dolları ötüb.
Globalinfo.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,80 ABŞ dolları və ya 0,87% artaraq 92,31 ABŞ dollarına yüksəlib.
Bundan əvvəl Azərbaycan nefti 91,51 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.