neft 11 900x600 1

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb.

Globalinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 1,12 ABŞ dolları və ya 1,56% artaraq 72,93 ABŞ dollarına yüksəlib.

Əvvəlki ticarət zamanı Azərbaycan neftinin bir bareli 71,81 ABŞ dollarına satılmışdı.

Paylaş: