6931ad914a6426931ad914a64317648633776931ad914a6406931ad914a641

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Sekerinska ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“Görüş zamanı təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastrukturun mühafizəsi, təhsil və Azərbaycan-NATO əməkdaşlığının gündəliyində olan digər məsələlər müzakirə edilib. Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb”, Azərbaycan XİN-in məlumatında deyilir.

Paylaş: