Paşinyan genişmiqyaslı müharibənin anonsunu verdi

“Azərbaycan sərhədin bəzi hissələrində həyata keçirdiyi hərbi əməliyyatları genişmiqyaslı müharibəyə çevirə bilər”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

“Rəsmi Bakının bu niyyətini bütün hərəkət və bəyanatlarında görmək olur. Ermənistan belə hadisələrin qarşısını almaq, suverenlik və ərazi bütövlüyünü qorumaq üçün hər şeyə hazırdır”, – Paşinyan bildirib.

Qeyd edək ki, rəsmi Bakı regionda yeni müharibənin başlamasında maraqlı olmadığını, sülh gündəliyinə sadiq qaldığını dəfələrlə ən yüksək səviyyədə bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az