Azərbaycan millisinin futbolçusu “Qalatasaray”a transfer olundu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nazlıcan Parlak Türkiyənin “Qalatasaray” klubuna transfer olunub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Nazlıcan Parlakın son klubu “Fənərbağça” olub.