Azərbaycan millisinin bayraqdarı o olacaq

Azərbaycan yığmasının III Avropa Oyunlarının bağlanış mərasimindəki bayraqdarı bəlli olub.

Globalinfo.az xəbər verir ki, tədbirdə bu vəzifəni boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

92 kq çəkidə çıxış edən idmançımız Avropa Oyunlarının gümüş mükafatını və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziya qazanıb. O, bu gün Krakov şəhərində təşkil olunacaq bağlanış mərasimində millinin bayraqdarı olacaq.

Qeyd edək ki, Krakov-2023 III Avropa Oyunlarında bayraqdarları kamandan oxatan Yaylagül Ramazanova və qılıncoynadan Barat Əliyev olub.