Azərbaycan Kuboku: “Neftçi”nin oyununda 5 qol vuruldu

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Günün ikinci matçında “Neftçi” “Sumqayıt”ın qonağı olub və Bakı təmsilçisi rəqibini 3-2 hesabı ilə məğlub edib.

Cavab qarşılaşması bir həftə sonra Bakıda oynanılacaq.

***

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir qarşılaşması baş tutub.

Globalinfo.az xəbər verir ki, turnirin son qalibi “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olub.

Qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab matçı fevralın 9-da Qəbələdə keçiriləcək.

Qeyd edək ki, kubokun digər matçında “Sumqayıt” – “Neftçi” ilə üz-üzə gələcək.