fb33a8bd 15c1 3b8d a112 ec8a22325d6d 850

“Səbail” iki gün əvvəl transferini açıqladığı Coşqun Diniyevlə yollarını ayırıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, yarımmüdafiəçi Türkiyənin “Ümraniyespor” klubuna keçib.

“Dənizçilər” bunu azərbaycanlı oyunçunun legioner həyatı yaşamasına maneə yaratmamaq istəyi ilə əlaqələndiriblər. O da qeyd olunub ki, futbolçunun müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə klubun hər hansı maneə yaratmayacağı ilə bağlı bənd olub.

Qeyd edək ki, C.Diniyev son olaraq “Zirə”də oynayıb.

Paylaş: