Azərbaycan klubunda qalmaqal: səfər oyununa getmədilər

Birinci Liqada mübarizə aparan “İrəvan” klubunda rəhbərliklə futbolçular arasında gərginlik davam edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunçular bu gün “İmişli” ilə səfər oyununa yollanmayıblar.

5-ci tur çərçivəsində keçiriləcək qarşılaşma baş tutmayacaq. Rəhbərlik futbolçulara yarım aylıq maaşlarını ödəyəcəyəklərini desə də, onlar bununla razılaşmayıb.

Nəticədə onlar İmişliyə getməyiblər.