Cəmil Fərəcov vəfat etdi – Nazirlik nekroloq yaydı

Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.

Globalinfo.az xəbər verir ki, nekroloqda qeyd olunur:

“Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.

Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

***

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.

Bu barədə Globalinfo.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqınından məlumat verilib.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcovun 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən kinorejissorun “Arvadım Mənim, Uşaqlarım Mənim” , “Azərbaycan” dünyanı gəzir”, “Azərbaycan”da dəniz səyahəti”, “Ağır şkaf”, “Axırıncı maqın sonu”, “Foto həvəskarı”, “Kimdir müqəssir?”
və digər onlarla filmdə rejissor kimi imzası var.