Azərbaycan katolikləri Pasxanı qeyd edirlər – VİDEO

033b4eb5 35a1 31eb ad7c 80a5bb8d902b 850

Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi katolik kilsəsində Pasxa münasibətilə bayram messası başlanıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, Azərbaycanın katolikləri ənənəvi olaraq bayram ibadətinə ailə üzvləri və yaxınları ilə birlikdə gəlirlər.

İsa Məsihin Dirilişi ən əhəmiyyətli xristian bayramıdır. Bu il həm katoliklər, həm də pravoslavlar Pasxanı eyni gündə, 20 apreldə qeyd edirlər. Bu nadir təsadüf müxtəlif təqvimlərin xüsusiyyətləri ilə izah olunur.