
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.
Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
***
Emin Mahmudov uzaq məsafədən vurduğu qolla hesabı 3-0 edib.
***
Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda azlıqda qalıb.
Globalinfo.az xəbər verir ki, komandamızın heyətində Bəhlul Mustafazadə 56-cı dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, millimiz hazırda 2:0 hesabı ilə öndədir.
***
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.
Globalinfo.az xəbər verir ki, yığmamız 2:0 hesabı ilə öndədir.
Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.
***
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, yığmamız fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.
Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.
***
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.
Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib – 2:0.
6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.
***
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.
Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız 3-cü dəqiqədə rəqibi məyus edib.
Kapitan Emin Mahmudov Renat Dadaşovun ötürməsindən sonra adını tabloya yazdırıb.
***
Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İsveç milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin IX tur oyunu başlayıb.
Globalinfo.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qeyd dək ki, matçı isveçrəli qadın FIFA referisi Ester Ştaubli idarə edir.
***
AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.
Globalinfo.az xəbər verir ki komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov
Baş məşqçi: Canni De Byazi
İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres
Baş məşqçi: Yanne Anderson
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.