Azərbaycan İsrailə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa edilən silahlı hücumla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.