cab8a1670b7c6adb6f3abb7d1231f80a

Azərbaycan Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın ölkəmizdə keçirilən 3-cü iclası başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən iclasda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi sahədə əməkdaşlığın bir neçə istiqamətində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

İclasın yekun çıxışında son günlər bəzi qüvvələrin əsassız və yalan məlumat yaymaqla ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərdiyini diqqətə çatdıran İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin rəhbəri general-mayor Məhəmməd Əhədi bu baxımdan qarşılıqlı səfərlərin və işçi səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Birgə Komissiyanın iclasında icra edilən tədbirlər yüksək qiymətləndirilib, ölkələrimiz arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın inkişafı üçün yaxşı zəmin olduğu vurğulanıb.

Sonda iclasın yekun protokolu imzalanıb.

a2b5444d5456aeb851b3279bc26be389 b6a644530b26a2f525e02f2377c4c51b

Paylaş: