Azərbaycan imperiyasını məhvə aparan 3 qaysı – Qarabağda böyük səhv

“Ağqoyunlu hökmdarı Uzun Həsənin arvadı Səlcuqşah xatun hakimiyyətə kiçik oğlu Yusifi çıxarmaq üçün yola getmədiyi hökmdar oğlu Yaqubu ortadan qaldırmaq niyyətində idi. Bunu həyata keçirmək üçün ən uyğun zamanın Sultan Yaqubun Qarabağda qışladığı vaxt olduğuna qərar verdi”.

Globalinfo.az xəbər verir ki, bunu tarixçi Əkbər Nəcəf qeyd edib.

O, Ağqoyunlu dövlətini süquta aparan prosesdən danışıb:

“1490-cı ilin noyabrında Sultan Yaqub hamamdan çıxarkən yediyi isladılmış qaysı qurusunun qoyulduğu qaba zəhər sürtür. Ancaq o gün Yaqub qardaşı Yusiflə birlikdə hamam səfası yaşadıqlarından ikisi də qaysıdan yedi. Bunu öyrənən Səlcuqşah bəyim tez müdaxilə edib, Yusifin əlindəki qaysını alıb öz ağzına atdı. Nəticədə üçü də zəhərlənib öldü. Yaqubun ölümü ilə Ağqoyunlu dövləti sürətlə tənəzzül edib dağıldı.

Səlcuqşah xatun sui-qəsd üçün niyə Qarabağı seçmişdi? Bunun səbəbi “qaz zəhəri” deyilən zəhərin yalnız Qarabağda olmasıdır. İberiya dağlarında yetişən bitkidən əldə olunan bu zəhərin əsas əlaməti iysiz olması və insanda uzun müddət sonra təsirini göstərməsidir. Belə olan halda kimsə sultanın zəhərlənməsindən şübhələnməyəcəkdi. Yaqub da zəhərləndikdən iki ay sonra öldü”.

Qeyd edək ki, Ağqoyunlu dövləti 1468-1503-cü illərdə mövcud olub.

Tamerlan Yayaqan
Globalinfo.az