Azərbaycan hərbçilərinə minnətdaram – Rusiyalı general

Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib. Bu çərçivədə 90 mindən çox insan humanitar, 1000 nəfərdən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov bildirib.

“Üç il yarım bundan əvvəl birgə səylər nəticəsində Qarabağda gedən qanlı müharibəni dayandırmaq mümkün oldu. Azərbaycan, Ermənistan və Rusiya liderləri müharibənin dayandırılması barədə üçtərəfli birgə bəyanat imzaladılar. Demək olar ki, növbəti gün Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi başlanıldı, Qarabağ ərazisində postlar quruldu və regionda dayanıqlı sülhün formalaşmasına zəmin yaradıldı. Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib. Bu çərçivədə 90 mindən çox insan humanitar, 1000 nəfərdən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib. Bundan əlavə, sülhməramlı kontingent inanclı insanların dini obyektlərə çıxışını bərpa edib. Eyni zamanda, münaqişə tərəfləri ilə əməkdaşlıq nəticəsində 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən 1900 nəfərdən artıq meyit aidiyyəti üzrə təhvil verilib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Azərbaycan və Rusiya rəhbərliyi sülhməramlı kontingentin ölkəmizin ərazisindən çıxarılmasına dair qərar qəbul etdilər. Rusiya hərbi qulluqçuları dövlətimizin hərbi-siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adımdan Rusiya sülhməramlılarına vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan hərçilərinə isə səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm”, – general qeyd edib.