Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində – FOTO

6810dfdf337ad6810dfdf337ae17459363516810dfdf337aa6810dfdf337ac

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “NATO-Georgia 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.

Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.

6810dfdf3b6ff6810dfdf3b70017459363516810dfdf3b6fb6810dfdf3b6fe 6810dfdf2cb5a6810dfdf2cb5b17459363516810dfdf2cb586810dfdf2cb59