Azərbaycan güləşçisi Avropa çempionu oldu – YENİLƏNİB

Güləşçimiz Zəfər Əliyev Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 97 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə slovakiyalı Adam Jaksiklə qarşılaşıb.

Rəqibinə 12:5 hesabı ilə qalib gələn Əliyev bürünc medal qazanıb.

***

Daha bir sərbəst güləşçimiz İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında medal qazanıb.

Globalinfo.az xəbər verir ki, 79 kq-da çıxış edən Sadiq Mustafazadə 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Öveclə qarşılaşıb.

Görüşdən 10:0 hesabı ilə qalib ayrılan Azərbaycan idmançısı bürünc medalın sahibi olub.

***

Sərbəst güləşçi Cavidan Əhmədov İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı avstriyalı Muhamed Bektemirovla qarşılaşıb.

Rəqibini 10:9 hesabı ilə məğlub edən Əhmədov bürünc medal qazanıb.

***

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.