Bəzən əsgər şəhid dostunun jetonunu götürür, sonra isə…

“Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin üzərində adı və məlumatları yazılan jeton daşıması müsbət haldır”.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertizası proqramının koordinatoru Melahet Elif Günce mətbuat sessiyasında bildirib.

E.Günce bu jetonların şəhid olan hərbçilərin şəxsiyyətinin dəqiqləşdirilməsinə yardımçı olduğunu deyib:

“Amma bəzən bunun mənfi tərəfləri də üzə çıxır. Əsgər yanında şəhid olan yoldaşlarının jetonunu ailəsinə vermək üçün götürə və sonradan özü də şəhid ola bilər. Bu zaman bəzi əsgərlərin üzərindən jeton çıxmır, bəzilərinin isə üzərində bir neçə jeton aşkarlanır. Bu işimizi çətinləşdirə, prosesi uzada bilir. İstənilən halda jetonlardan istifadəyə Azərbaycan tərəfi çox önəm verir və bu müsbət məqamdır”.

Ayşən Mustafa
Globalinfo.az