meloni

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Azərbaycan xüsusilə qaz və neft tədarükü baxımından ölkə üçün energetika sahəsində strateji tərəfdaşdır.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə o, Azərbaycana uçmazdan əvvəl İrəvanda jurnalistlərə deyib.

O vurğulayıb ki, energetika ilə yanaşı, Avropanın suverenliyi və strateji muxtariyyətinin elementi olan kritik əhəmiyyətli xammal məsələləri də mühüm əhəmiyyət kəsb edir. Meloni həmçinin qeyd edib ki, İtaliya bu istiqamətlərin inkişafına öz töhfəsini verməyə çalışır.

“Elə indi mən həm qaz, həm də neft tədarükü baxımından bizim üçün daha bir strateji tərəfdaş olan Azərbaycana gedirəm”, – o bildirib.

Qeyd edək ki, C. Meloni artıq Azərbaycandadır və onun Prezident İlham Əliyev ilə təkbətək görüşü keçirilib.

Paylaş: