Azərbaycan ən çox hansı ölkəyə neft ixrac edib? – SİYAHI

Ötən il Azərbaycan İtaliyaya 7 077 115,41 min ABŞ dolları dəyərində 11 117 529,86 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında məlumat yayılıb.

Bildirilib ki, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 394 267,62 min dollar dəyərində 2 270 342,62 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Ötən il bu ölkəyə 1 227 040,85 min dollar 2 025 082,15 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 16 240 829,63 min dollarlıq 26 047 289,51 ton neft ixrac edib.

Azərbaycanın ötən il neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (dəyərinə görə) təqdim edirik:

Ölkәlәr Statistik dәyәr Miqdar (ton)
Cәmi 16 240 829.63 26 047 289.51
1 İtaliya 7 077 115.41 11 117 529.86
2 İsrail 1 394 267.62 2 270 342.65
3 Hindistan 1 227 040.85 2 025 082.15
4 Almaniya 871 933.82 1 341 018.14
5 İspaniya 769 586.75 1 221 974.82
6 Çexiya 682 886.68 1 135 964.61
7 Türkiyә 676 306.62 1 202 207.86
8 Xorvatiya 590 404.89 975 165.93
9 Yunanıstan 455 309.00 743 513.50
10 Böyük Britaniya 432 278.59 691 038.87
11 Rumıniya 382 756.67 621 947.79
12 İrlandiya 366 641.18 630 056.20
13 Vyetnam 345 490.87 554 367.23
14 Portuqaliya 299 575.75 449 879.31
15 Avstriya 152 155.74 266 568.71
16 İndoneziya 150 210.69 221 084.92
17 Fransa 118 639.77 199 006.72
18 Sinqapur 87 786.40 138 338.45
19 Tunis 71 938.82 106 274.64
20 Malayziya 34 012.69 48 042.55
21 Avstraliya 28 392.28 39 196.58
22 Tailand 26 098.53 48 688.02