Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə bağlı “X” hesabında paylaşımında bildirilib.
“Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə verməyə davam edir”, – deyə paylaşımda vurğulanıb.
19 avqust – Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd olunur.
Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə verməyə davam edir. 🇦🇿… pic.twitter.com/xyFbPJBCFX
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 19, 2026