Təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq – Rişi Sunak

Azərbaycan COP29-un öhdəsindən layiqincə gələcək və tədbir çox yaxşı səviyyədə keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın (Rishi Sunak) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

O vurğulayıb ki, ölkəsi COP26 təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır:

“Biz ədalətli enerji siyasətinin müəyyən edilməsinin zərurətini anlayırıq. Biz iqlim dəyişikliyinin aradan qaldırılması üçün trilyonlarla vəsait səfərbər edəcəyik”.

Qeyd edək ki, R.Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) səsləndirib.