Azərbaycan çempionatlarında növbəti antirekord

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb.

Peşəkar Futbol Liqasından Globalinfo.az-a verilən məlumata görə, XXXIV turunun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub. Bu matçadək cari mövsümdə 16 avtoqol olub.

Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu 8 ildən sonra təkrarlanıb. Belə ki, 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanıb. Həmin vaxt 17 avtoqol qeydə alınıb.