Azərbaycan bu görüntüdən danışır – VİDEO

***
11:13

“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Tural və Turan Bağmanovların geyimi birmənalı qarşılanmayıb.

Globalinfo.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə və mediada bu məsələ geniş müzakirə edilir.

Bir qisim insan onların geyimlərinin yarışmanın formatına uyğun olduğunu desə də, buna qarşı çıxanlar da var. Bildirilir ki, Tural və Turan Bağmanovların geyimi Azərbaycan dəyərlərinə tamamilə ziddir və onların ölkəni bu tərzdə təmsil etməsi yolverilməzdir.

Globalinfo.az mövzu ilə bağlı mütəxəssislərin rəylərindən ibarət yazı təqdim edəcək.