prez 9911

Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bildirib.

Prezident bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

“Qeyd etmək istərdim ki, bu gün ilk dəfədir Məşvərətçi Görüşdə bu formatın tamhüquqlu üzvü kimi iştirak edirəm. Fürsətdən istifadə edərək, ötən il Özbəkistanda Azərbaycanın bu qrupa tamhüquqlu üzv kimi daxil edilməsi barədə tarixi qərar qəbul etdiklərinə görə Mərkəzi Asiya dövlət başçılarına bir daha təşəkkürümü bildirirəm. Əvvəllər bu görüşlərdə fəxri qonaq qismində iştirak edirdim, indi isə artıq komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm. Bütün həmkarlarıma bir daha təşəkkür edirəm.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq və öz növbəsində əməkdaşlığın daha da genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsi üçün bütün səylərini əsirgəməyəcək”, – deyə dövlət başçısı qeyd edib.

Paylaş: